Aslan Kərimovu qovan hakimi gecə klubundan çıxarkən döydülər

15:38 - 6 Avqust 2019

Xorvatiyalı futbol hakimi İvan Bebek ölkəsində döyülüb.

 

Sportal.az "index.hr" saytına istinadən xəbər verir ki, İvanın ölkə çempionatının 3-cü turunda keçirilən "Hayduk" (Split) - "Lokomotiv" (Zaqreb) matçında verdiyi qərarlar azarkeşlərin ürəyincə olmayıb. Matçdan sonra getdiyi gecə klubundan çıxarkən referinin yolunu azarkeşlə kəsdirib.

 

FIFA referisi maşınına əyləşmək istədiyi zaman onu arxadan vurublar. Azarkeşlərin hücumundan sonra 42 yaşlı hakim qışqıraraq, mühafizə orqanlarını səsləyib. Xəstəxanaya yerləşdirilən həkimin vəziyyəti yaxşıdır.

 

Bebek hadisə ilə bağlı açıqlama verib: "Gözüm və qulağım ağrıyır. Boynumun üst hissəsində və çiyində yaralar var. Qısa müddətə geri dönəcəyimi düşünmürəm. Baş verənlərə hələ də inana bilmirəm".

 

Referi azərbaycanlı azarkeşlərə tanış simadır.

 

Bebek 2005-ci ildə Çempionlar Liqasının “Neftçi” – “Hafnarfyordur” (İslandiya) görüşündə (2:0) fit çalıb. 

 

Xorvatiyalı hakim “Qəbələ”nin 2015/16 mövsümündə Avropa Liqasının qrup mərhələsində Dortmund “Borussiya”sına qarşı keçirdiyi qarşılaşmada ədalət sahibi olub. Həmin görüş almanların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

41 yaşlı hakim 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Qarabağ" - "Fiorentina" oyununu (1-2) idarə edib. Referi Ağdam təmsilçisindən İlqar Qurbanovla Bədavi Hüseynova sarı vərəqə göstəribsə, qonaqların heyətindən Federiko Kyezanı meydandan qovub.

 

Xorvat referi Azərbaycan millisinin AÇ-2008-in seçmə mərhələsində Azərbaycan yığmasının Portuqaliyaya qarşı keçirdiyi oyunda baş hakim olub. Milli bu oyunda 0:2 hesabı ilə uduzub. O, həmin oyunda Aslan Kərimova Kriştiano Ronaldonu dirsəyi ilə vurduğu üçün qırmızı vərəqə göstərib.

 

Bebek 2018-ci ildə Azərbaycan yığmasının Millətlər Liqasında Malta ilə Bakı Olimpia Stadionunda keçirilən oyununu (1:1) idarə edib.

Xəbər xətti