Emil Balayevli "Tobol" liderliyini əldən verdi - VİDEO

Qazaxıstan Premyer Liqasında 23-cü turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" klubu səfərdə "İrtış"la 0:0 hesablı heç-heçə edib.

 

Emil 90 dəqiqə Kostanay təmsilçisinin qapısını qoruyub və bir neçə epizodda komandasını qoldan xilas edib.

 

Xal itkisindən sonra "Tobol" liderliyini əldən verib. Komanda 46 xalla 2-cidir. 47 xalı olan "Kayrat" ilk pillədə qərarlaşıb. 

 

Tarix: 17 Avqust [19:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2019
21  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio