Emil Balayev ən yaxşılar sırasında

12:06 - 17 Sentyabr 2019

Azərbaycan millisinin və "Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasının 26-cı turunda “Okjetpes”lə keçirilən görüşün (1:0) ən yaxşı futbolçuları arasında yer alıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper “Instat”ın təhlilinə əsasən, indeks balı 263 olub.

 

Matçın ən yaxşısı isə Jaba Kankava seçilib.

 

Emil Balayev matçda komandasını bir dəfə 100 faizli qol epizodunda xilas edib. Azərbaycan millisinin üzvü 519 dəqiqədir ki, qapısını toxunulmaz saxlayır.

Xəbər xətti