Azərbaycan millisi qrupu ilk pillədə başa vurdu

Futzal üzrə Azərbaycan millisi 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsinin 3-cü qrupunda bu gün son oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Joze Alesio da Silvanın komandası Slovakiya ilə qarşılaşıb. İlk iki oyunda Moldova və Monteneqro üzərində qələbə qazanaraq elit-raunda vəsiqəni rəsmiləşdirən milli bu görüşdə də qalib gəlib - 2:0.

 

Yığma komanda maksimum - 9 xalla qrupu birinci pillədə başa vurub.

 

26 oktyabr

 

Azərbaycan - Slovakiya 2:0
Qollar:
Bolinya, 29:21. Vassura, 34:38.
Hakimlər: Andrey Çernı (Çexiya), İnqus Puriņş (Latviya), İnqo Hemsot (Almaniya)
Bakı İdman Sarayı

Tarix: 26 Oktyabr [22:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2019
16  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio