“Arsenal” Villiam Saliba ilə müqavilənin uzadılması üzərində işləyir.
Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun yaydığı məlumata görə, danışıqlar uğurla davam edir, baş məşqçi Mikel Arteta tərəflərin hər mövzuda razılaşacağına əmindir.
“Arsenal” yaxınlarda Salibaya olan təklifini yaxşılaşdırıb və müdafiəçini saxlamaq, həmçinin onun böyük layihənin vacib hissəsi olduğuna inandırmaq üçün əlindən gələni edir.
Bununla yanaşı, fransız futbolçunun transferində “Real” da maraqlıdır. Madrid klubu Salibanın müqavilə məsələsini diqqətlə izləyəcək.
saytlarin hazirlanmasi