"Qarabağ"ın sabiq futbolçusu İsrail klubunda

20:37 - 15 Sentyabr 2025

"Qarabağ"ın sabiq futbolçusu Kvabena Ovusunun yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, qanalı vinger karyerasını İsraildə davam etdirəcək.

Ovusu "Makkabi Bney Reyneh"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Kvabena Ovusunun son klubu "Ferentsvaroş" olub. 

Xəbər xətti