"Liverpul"un istədiyi futbolçuya 115 milyon avro qiymət qoyuldu

17:25 - 14 Sentyabr 2025

"Bavariya" "Liverpul"un transfer siyahısında yer alan Maykl Olisenin qəymətini müəyyənləşdirib.

Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi fransalı vingerə 115 milyon avro qiymət qoyub. Bu barədə İngiltərə mətbuat məlumat yayıb.

Almaniya çempionu 23 yaşlı futbolçunu bu məbləğdən aşağı satmaağı düşünmür.

Qeyd edək ki, "Bavariya" Maykl Oliseni ötən ilin yayında "Kristal Pelas"dan 53 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti