"Zirə"nin müdafiəçisi Ruan Renato Sportal.az saytına müsahibə verib. O, öncə komandasının Misli Premyer Liqasının IV turunda “Qarabağ”la görüşdə heç-heçə (1:1) oynamalarını şərh edib.
“Qarabağ"a qarşı matçlar istər evdə, istərsə də səfərdə çətin keçir. Onlar nəinki çətin, həm də kifayət qədər gərgin alınır. Bu matç da istisna deyildi, xüsusən müdafiə üçün. Amma biz yaxşı oynadıq”.
- Hesabda öndə olduğunuz ikinci hissədə rəqibə qarşı mübarizə aparmaq nə qədər çətin idi?
- Elə xüsusilə ikinci hissədə çətin oldu. Onlar topa daha çox sahib oldular və daha çox hücum etdilər. Amma biz dayana bilirdik. 1:0 öndə olduğumuz dəqiqələrdə yenə qol vura bilərdik. Şanslarımızdan istifadə edə bilmədik, amma ümumilikdə yaxşı oynadıq.
- İkinci qol üçün nə çatışmırdı? Çünki üstünlüyü gücləndirmək imkanınız var idi...
- Nəyisə xüsusi qeyd etməzdim. Amma ikinci qolu vursaydıq, daha sakit oynaya bilərdik. Müdafiədə yaxşı oynadıq, amma bu o demək deyil ki, hücumda passiv idik. Xüsusilə uğurlu oyun keçirən “Qarabağ”ın qapıçısını qeyd etmək yerinə düşərdi.
Mirbağırağa