Fransa millisinin sabiq üzvü Meksika klubunda - RƏSMİ

11:23 - 13 Sentyabr 2025

"Mançester Yunayted"in sabiq futbolçusu Antoni Marsial karyerasını Meksikada davam etdirəcək.

Sportal.az xəbər verir ki, fransalı hücumçu "Monterrey"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı forvardla 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Antoni Marsialın son klubu Yunanıstanda AEK olub. Fransa millisinin sabiq üzvü Afina təəmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb..


Xəbər xətti