"Real"ın müdafiəçisi 3 ay yaşıl meydanlardan uzaq qalacaq

23:32 - 12 Sentyabr 2025

Antonio Rudiger qışa qədər sıradan çıxıb.

Sportal.az xəbər verir ki, "Real"ın müdafiəçisi sol budun ön əzələsindən zədələnib. Jurnalist Arança Rodrigesin məlumatına əsasən, Antonio təxminən 3 ayı buraxacaq.

Qeyd edək ki, bu mövsüm alman futbolçu La Liqada "Real"ın bir oyununda və Dünya çempionatının seçmə mərhələsində millinin iki matçında iştirak edib.

Xəbər xətti