"Liverpul"un baş məşqçisi ən yaxşı seçildi

15:29 - 12 Sentyabr 2025

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "Liverpul"u çalışdıran Arne Slot ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Mersisayd təmsilçisi avqust ayında ölkə çempionatında keçirdiyi 3 oyunun hamısında qalib gəlib. "Qırmızılar" "Bornmut"u 4:2, "Nyukasl"ı 3:2, "Arsenal"ı isə 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Arne Slot ikinci dəfə ayın məşqçisi seçilir. Niderlndlı mütəxəssis ilk dəfə ötən ilin noyabr ayında  bu adı qazanıb.


Xəbər xətti