Tyerri Anri bildirib ki, Didye Deşamın Fransa yığmasında varisi artıq müəyyənləşib.
Sportal.az xəbər verir ki, baş məşqçi daha əvvəl açıqlamışdı ki, 2026-cı il dünya çempionatından sonra milli komandadan ayrılacaq. Onun yerini Zinəddin Zidanın tutacağı gözlənilir. Fransanın sabiq hücumçusu Zidanın adını birbaşa çəkmədən ona işarə edib:
«Bilmirəm, nə cavab verim. Hamımız bilirik ki, yeni baş məşqçi kim olacaq. Siz də bilirsiniz, mən də bilirəm. Mən ona yalnız uğurlar arzulayıram". – deyə Anri CBS-ə bildirib.
saytlarin hazirlanmasi