"Mançester Yunayted"dən ayrılan futbolçu Almaniya klubuna keçir

20:09 - 10 Sentyabr 2025

"Mançester Yunayted"dən ayrılan Kristian Eriksen karyerasını Almaniya Bundesliqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Volfsburq" danimarkalı futbolçu ilə anlaşıb. Bu barədə"Sky Sports" televiziyası məlumat yayıb.

Azad agent statusunda olan 33 yaşlı yarımmüdafiəçinin yaxın günlərdə yeni klubu ilə müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, Kristian Eriksen ötən mövsüm "Mançester Yunayted"in heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti