"Neftçi"nin sabiq baş məşqçisi bu klubla anlaşdı

10:49 - 9 Sentyabr 2025

"Neftçi"nin keçmiş baş məşqçisi Roberto Bordin özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, italyan mütəxəssis Albaniyada işləyəcək. 60 yaşlı çalışdırıcı Superliqada paytaxtı təmsil edən 26-qat ölkə çempionu "Tirana"nın baş məşqçisi təyin olunub.

Bu postda Vangel Mileni əvəzləyən Bordinlə anlaşmanın detalları açıqlanmayıb.

Xatırladaq ki, Liviya doğumlu mütəxəssis "Neftçi"nin "sükan"ı arxasında 2018-ci il iyunun 8-dən 2020-ci il yanvarın 18-dək olub.

O, son olaraq İtaliyanın D Seriyası klubu "Kaldiero"nu çalışdırıb.

Xəbər xətti