DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Ukrayna oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı dəqiqləşib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Fernandu Santuş 10:30-da mətbuat önünə çıxacaq.
8 sentyabr
Azərbaycan milli komandası
10:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Liv Bona Dea Arena”)
12:00. Mətbuat konfransı (“Liv Bona Dea Arena”)
Ukrayna milli komandası
17:30. Mətbuat konfransı (Tofiq Bəhramov adına Respublika Stadionu)
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Tofiq Bəhramov adına Respublika Stadionu)