"Tottenhem" Premyer Liqada rəqabət aparmaq üçün...

23:34 - 5 Sentyabr 2025

"Tottenhem" Premyer Liqada rəqabət aparmaq üçün maliyyə yatırımları alacaq. Dünən məlum olub ki, Daniel Levi İngiltərə klubunun idarə heyətinin sədri vəzifəsini tərk edib.

Sportal.az xəbər verir ki, "Telegraph Sport"un məlumatına görə, Levinin iş ortağı Jo Lyuis klub üçün 100 milyondan çox funt yatırmaq niyyətindədir və bu vəsaiti ailə fondu vasitəsilə təmin edəcək.

Bu, "Tottenhem"in sahibkar şirkəti ENIC-in davamlı idman uğurlarına nail olmaq məqsədinə xidmət edəcək. ENIC London klubunun bütün sahələrdə rəqabət qabiliyyətini qorumaq istəyir. Bildirilir ki, keçən il Levi idarə heyətinin sədri olanda yeni investisiyalar məsələsini qaldırıb.

"Tottenhem" yay transfer pəncərəsində yeni oyunçulara 150 milyondan çox funt-sterlinq xərcləyib. Ehtimal olunur ki, yanvarda "Mançester Siti"dən Savionu transfer etmək cəhdi edilə bilər.

Xəbər xətti