"Sabah"ın futbolçusu Özbəkistan millisində fərqləndi

14:15 - 4 Sentyabr 2025

“Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyevin də üzvü olduğu Özbəkistanın U-23 millisi Asiya Kubokunun seçmə mərhələsində Şri-Lanka yığması ilə qarşılaşıb.

Sportal.az xəbər verir ki, oyun Özbəkistan yığmasının böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0.

Matça start heyətində başlayan Raxmonaliyev bir qol vurub. 

Xəbər xətti