"Qarabağ"ın rəqibi italiyalı futbolçunu Çempionlar Liqası heyətinə daxil etmədi

00:23 - 4 Sentyabr 2025

Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Liverpul" iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportal.az xəbər verir ki, siyahıda 22 futbolçu yer alıb və İtaliya millisinin üzvü Federiko Kyeza heyətə daxil edilməyib.

Qeyd edək ki, cari mövsümdə Kyеza İngiltərə Premyer Liqasında 3 oyunda iştirak edib və 1 qol vurub.

Xəbər xətti