"Fənərbaxça"nın futbolçusu Polşa klubuna keçir

20:50 - 3 Sentyabr 2025

"Fənərbaxça"nın futbolçusu Bartuğ Elmaz karyerasını Polşada davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Poqon" türkiyəli futbolçunun keçidini həll edib. Bu barədə Polşa mətbuatı məlumat yayıb.

Ekstraklasa təmsilçisi Bartuğla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. 22 yaşlı oyunçunun klubu ilə də razılıq əldə olunmağa yaxındır. "Poqon" futbolçu satınalma bəndi ilə icarəyə götürəcək.

Qeyd edək ki, Bartuğ Elmaz 2022-ci ilin yayından "Fənərbaxça"da çıxış edir. Türkiyə U-21 millisinin üzvü bu mövsüm İstanbul nəhənginin heyətində 1 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti