Randal Kolo-Muani bu mövsümü İngiltərə Premyer Liqasında keçirəcək.
Sportal.az xəbər verir ki, "Tottenhem" hücumçunu PSJ-dən icarəyə götürdüyünü açıqlayıb. Fransız oyunçu London klubunda 39 nömrəli forma ilə çıxış edəcək.
Bildirilir ki, Paris klubu Kolo-Muaninin icarəsi üçün London klubundan 5 milyon avro alacaq.
Qeyd edək ki, ötən mövsümün ikinci yarısını Kolo-Muani "Yuventus"da keçirib və 16 matçda 8 qol vurub.
saytlarin hazirlanmasi