La Liqa klubu gürcü hücumçunu 36 milyon avroya transfer etdi

21:07 - 1 Sentyabr 2025

İspaniyanın "Vilyarreal" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, "sarı sualtı qayıq" "Lion"dan Jorj Mikautadzeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Vilyarreal" Mikautadze üçün Fransa klubuna 31+5 milyon avro təzminat ödəyəcək. 24 yaşlı forvardla 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Lion" Jorj Mikautadzeni ötən ilin yayında "Mets"dən transfer etmişdi. Gürcüstan millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 18 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti