"Spartak"da oynamış hücumçunun Azərbaycan klubuna keçidi baş tutmadı

14:35 - 1 Sentyabr 2025

Azərbaycan milli komandasının sabiq forvardı Əli Qorbani ölkəmizə qayıtmağa yaxın imiş. 

Sportal.az saytına verilən məlumata görə, 34 yaşlı hücumçuya Birinci Liqa klubu maraq göstərib.

"Şəfa" onu transfer etmək istəsə də, keçid baş tutmayıb. Buna səbəb isə maliyyə məsələsi olub. 

Qeyd edək ki, Qorbani son olaraq “Gol Gohar” klubunda oynamışdı.

O, karyerası ərzində “Naft Tahran”, “Esteqlal”, “Spartak”(Trnava), “Sepahan”, “Sumqayıt”, “Fulad”, “Peykan” klublarında çıxış edib.

Xəbər xətti