"Xəzər Lənkəran"ın sahibi olmuş Mübariz Mənsimov sosial şəbəkə hesabında komandanın sabiq hücumçusu Oktay Derelioğlu ilə fotosunu paylaşıb.
Sportal.az xəbər verir ki, iş adamı türkiyəli forvardla Azərbaycan futbolu haqda danışdıqlarını qeyd edib:
“Bir zamanlar yalnız Azərbaycanın deyil, həm də Türkiyənin tanıdığı və böyük hörmət etdiyi əfsanəvi futbolçu, “Xəzər Lənkəran”ın önəmli oyunçularından biri olan Oktay Derelioğlu mənim qonağım oldu. Söhbətimiz zamanı təkcə futbolun bugünkü vəziyyətindən deyil, həm də Azərbaycan futbolunun son illərdə qazandığı uğurlardan danışdıq. Bu anlar mənim üçün çox dəyərli idi. İnşallah, bir gün yenidən “Xəzər Lənkəran” klubumuz bərpa olunar və biz Oktay Derelioğlu kimi dəyərli futbolçumuzu həm də baş məşqçi kimi komandamızın sükanı arxasında görərik”.
saytlarin hazirlanmasi