Loi Openda "Leypsiq"dən "Yuventus"a transfer olunub.
Sportal.az xəbər verir ki, Turin klubu hücumçunu icarə əsasında 3,3 milyon avroya götürdüklərini açıqlayıb, əlavə olaraq 800 min avro bonuslar nəzərdə tutulub.
Müəyyən idman göstəricilərinə çatdığı halda, "qoca sinyora" belçikalını daimi transfer üçün 40,6 milyon avroya alacaq və bu məbləği 4 il ərzində ödəyəcək.
Qeyd edək ki, Openda ötən mövsümdə Bundesliqada 33 oyunda 9 qol vurub.
saytlarin hazirlanmasi