"Yuventus" 26 yaşlı kosovalı futbolçunu transfer etdi - RƏSMİ

23:58 - 1 Sentyabr 2025

Edon Jeqrova "Juventus"a keçib.

Sportal.az xəbər verir ki, Turin klubu 26 yaşlı cinah hücumçusunun transferini açıqlayıb. Tərəflər 2030-cu ilə qədər müqavilə imzalayıblar.

Futbolçunun transferi üçün turinlilər 14,3 milyon avro ödəyib, əlavə olaraq 3 milyon avro bonus nəzərdə tutulub. Bundan başqa, "qoca sinyora" 1,2 milyon avro əlavə xərclər də çəkib.


Xəbər xətti