İsak rəsmən "Liverpul"da - İngiltərə futbolunda rekord transfer məbləği

00:48 - 2 Sentyabr 2025

Aleksander İsak "Liverpul"un futbolçusu olub.

Sportal.az xəbər verir ki, "Nyukasl" 25 yaşlı hücumçunu Mersisayd klubuna satıb. İsveç millisinin forvardı uzunmüddətli müqavilə imzalayıb və 9 nömrəli formanı götürüb.

Məlumata görə, "Liverpul" sabit 125 milyon funt-sterlinq ödəyəcək, həmçinin müxtəlif ödənişlər daxil olmaqla ümumi məbləğ 130 milyon funt təşkil edəcək. Beləliklə, İsakın "Liverpul"a transferi İngiltərə futbolunda rekord sayılır və Florian Virtz üçün ödənilən 116 milyon funt müqaviləsini üstələyib.

Qeyd edək ki, ötən mövsümdə İsak 34 Premyer Liqa oyununda 23 qol vurub və 6 assist edib.


Xəbər xətti