Millimizin müdafiəçisi "Sumqayıt"da - RƏSMİ

19:34 - 3 Sentyabr 2025

2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

Sportal.az xəbər verir ki, "kimyaçılar" ötən mövsümü "Neftçi"də çıxış etmiş Höccət Haqverdi ilə 2 illik müqavilə imzalayıb. Təcrübəli müdafiəçi komandada "3" nömrəli formada çıxış edəcək. 

Qeyd edək ki, 2020/21 mövsümündə "Sumqayıt"la bürünc medal qazanan Höccət Haqverdi 1,5 mövsüm klubun şərəfini qoruyub. Komandanın heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə 49 matça çıxan mərkəz müdafiəçisi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti