İtaliyanın "Yuventus" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal az xəbər verir ki, "ağ-qaralar" "Leypziq"dən Lois Opendanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat.
"Yuventus" 40 milyon avro ödəməklə Belçika millisinin üzvünün transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, "Leypziq" Lois Opendanı 2023-cü ilin yayında "Lans"dan transfer edib. 25 yaşlı forvard ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi