Lukaku "Qarabağ"a qarşı oynamayacaq

10:15 - 3 Sentyabr 2025

Çempionlar Liqasının Liqa fazasında "Qarabağ"ın rəqiblərindən olan "Napoli" iştirak ərizəsini UEFA-ya göndərib.

Sportal.az xəbər verir ki, baş məşqçi Antonio Konte siyahıya 24 futbolçunun adını daxil edib.

Komandanın liderlərindən olan  Romelu Lukaku iştirak ərizəsində yer almayıb. Belçikalı hücumçu uzunmüddətli sıradan çıxıb. O, zədə səbəbindən 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Qarabağ"ın "Napoli" ilə oyunu 25 noyabr tarixində İtaliyada baş tutacaq.

Xəbər xətti