Braziliya millisinin üzvü "Fənərbaxça"da - RƏSMİ

19:35 - 2 Sentyabr 2025

"Fənərbaxça" heyətinə yeni qapıçı cəlb edib.

Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi "Mançester Siti"dən Edersonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Fənərbaxça" Braziliya millisinin üzvü üçün Premyer Liqa klubuna 11 milyon avro təzminat ödəyəcək. 32 yaşlı qolkiper İstanbul təmsilçisi ilə 3+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Mançester Siti" Edersonu 2017-ci ilin yayında "Benfika"dan transfer etmişdi. Təcrübəli "əlcək sahibi" bu mövsüm "şəhərlilər"in heyətində 3 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti