Sabiq FIFA referisi Əliyar Ağayevin qərarlarını şərh etdi - "NEFTÇİ" VİDEO HAZIRLADI

21:38 - 2 Sentyabr 2025

Misli Premyer Liqasının 3-cü turunda keçirilmiş “Neftçi” – “Turan Tovuz” matçında baş hakim Əliyar Ağayevin mübahisəli qərarlarına türkiyəli sabiq FIFA referisi Deniz Ateş Bitnel münasibət bildirib.

Sportal.az xəbər verir ki, “Neftçi”nin mətbuat xidməti bununla bağlı videomaterial hazırlayıb.

Bitnel 55-ci dəqiqədə İqor Ribeyroya göstərilən mübahisəli qırmızı vərəqəni, 21-ci dəqiqədə Bassala Sambunun rəqibin müdaxiləsi ilə cərimə meydançasında yerdə qaldığı anda mümkün qayda pozuntusunu və 11-ci dəqiqə İmad Faraja qarşı aşkar kobudluğa rəğmən, hakimlərin heç bir sanksiya tətbiq etmədiyi epizodu dəyərləndirib.

Xəbər xətti