“Sumqayıt”ın sabiq futbolçusu Miloş Miloviç özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, Azərbaycanı tərk etdikdən bu yana klubsuz qalmış müdafiəçi Monteneqroda oynayacaq.
O, ölkənin 7 qat çempionu ilə müqavilə imzalayıb. “Sumqayıt”ın sabiq üzvü 2027-ci il iyulun 1-ə qədər yeni komandasına məxsus olacaq.
Miloviç “Honka”, “Priştina”, “Vozdovam”, “Navbohar”, “Qinqdao” kimi klublarda, həmçinin Monteneqro yığmasında çıxış edib.

Mirbağırağa
