Xabi Alonsonu "Tottenhem"də görmək istəyirlər.
Sportal.az "The Independent" nəşrinə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi Tomas Franka Çempionlar Liqasında Dortmund “Borussiya”sına qarşı oyunu keçirməyə imkan verib-verməmək məsələsini müzakirə edir. Bu mövzuda ortaq qərar yoxdur, bu gün yeni iclasın keçirilməsi planlaşdırılır.
Bildirilir ki, klubda bu həftə “Real”dan ayrılan Xabi Alonsonun dəvəti də müzakirə olunub. Lakin Alonsonun özü yaxın aylarda daha maraqlı variantların ortaya çıxacağını düşünür. Eyni yanaşma “Kristal Pelas”ın baş məşqçisi Oliver Qlasnerə də aiddir.
