Klaudio Eçeverri mövsümün sonunadək icarə əsasında "Jirona"ya keçib.
Sportal.az xəbər verir ki, "Mançester Siti"nin yarımmüdafiəçisi mövsümün ilk yarısını "Bayer"də keçirdikdən sonra tərəfdaş kluba qoşulub. Futbolçunun Bundesliqa təmsilçisindəki icarə müqaviləsi vaxtından əvvəl ləğv edilib.
Argentina millisinin üzvü 2024-cü ilin yanvarında "şəhərlilər"lə müqavilə imzalayıb və bundan sonra 2025-ci ilin fevralına qədər icarə əsasında "River Pleyt"də çıxış edib.
Qeyd edək ki, Eçeverri "Mançester Siti"nin heyətində 3, "Bayer"in heyətində isə 11 matça çıxıb.
saytlarin hazirlanmasi
