"Klub ildən-ilə böyüyür, əvvəllər də bu fikirdəydim ki, çempionluq an məsələsidir" - "Sabah"ın sabiq kapitanı

12:47 - 19 Yanvar 2026

Özbəkistanın "Soqdiana" klubunun müdafiəçisi, "Sabah"ın sabiq kapitanı Filip İvanoviç Sportal.az saytına açıqlama verib.

O, Masazır təmsilçisinin Misli Premyer Liqasının turnir cədvəlində birinci pillədə olmasını şərh edib: 

"Təbii ki, buna görə şadam. Bu da onu göstərir ki, "Sabah" ildən-ilə böyüyür. Əvvəllər də bu fikirdə idim ki, çempionluq an məsələsidir. Klub yaxşı təşkilatlanıb. Prezident, direktor, bir sözlə klub əla idarə olunur. Onlar ailə kimi fəaliyyət göstərirlər. Bu, ən böyük keyfiyyətdir. "Qarabağ"ı və Qurban Qurbanovu Azərbaycan futbolunu beynəlxalq arenada layiqli şəkildə təmsil etmələri münasibətilə təbrik etmək istərdim. İndi "Qarabağ"dan böyük hörmətlə danışılır. Premyer Liqada mövsüm davam edir, mövsümün ikinci hissəsi qarşıdadır. Hələ çempionatın sonuna qədər qeyri-müəyyənlik olacaq. Çünki yaxşı mübarizə gedəcək. Amma əlbəttə ki, "Sabah"ın çempion olmasını istəyirəm".

“Radnik”, “İndiya”, “Teuta”, “Navbohar”, “Əl-Xaldiya” kimi klublarda oynamış 33 yaşlı müdafiəçi 2018-2021-ci illərdə “Sabah”ın formasını geyinib və komandanın kapitan sarğısını da daşıyıb.

Mirbağırağa
 

Xəbər xətti