“Qarabağ” və Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev “Adana Demirspor”dakı keçmiş komanda yoldaşı Naninin Qazaxıstanın "Aktobe" klubuna mümkün transferi ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, “ASnews.kz”a danışan Məhəmmədəliyev portuqaliyalı barədə bunları deyib:
"Meydana çıxmadan belə komandanı gücləndirə bilərsiniz. Nani mübaliğəsiz futbol əfsanəsidir. O, paltardəyişmə otağında və məşq prosesində də çox vacib oyunçudur. Həmişə futbolçuları motivasiya edir və xüsusilə gənc oyunçulara məsləhət verir. Buna görə də, Luis yüksək formada olmasa belə, komandaya kömək edəcək. O, daim öz qeydinə qalan, formasına fikir verən əla peşəkardır. Əgər Nani "Aktobe"yə keçmək qərarına gəlibsə, mütləq ehtiyat skamyada oturmaqla qalmayacaq".
Xatırladaq ki, Məhəmmədəliyev və Nani 2023/2024 mövsümündə Türkiyə klubunda birlikdə oynayıblar.
