"Ferentsvaroş"un yarımmüdafiəçisi Premyer Liqa klubunda

15:54 - 19 Yanvar 2026

"Ferentsvaroş"un yarımmüdafiəçisi Aleks Tot karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Bornmut" macarıstanlı futbolçunu heyətinə qatıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tot artıq İngiltərə klubu üçün tibbi müayinədən keçib. "Bornmut" 20 yaşlı orta xətt oyunçuçu üçün qarşı tərəfə 12 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Aleks Tot "Ferentsvaroş"un yetirməsidir. Macarıstan millisinin üzvü bu mövsüm "ağ-yaşıllar"ın heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti