"Napoli" tarixində ilk dəfə bu mövsüm bu qədər yüksək maaş xərclərinə gedib.
Sportal.az xəbər verir ki, "La Gazzetta dello Sport"un məlumatına görə, İtaliya çempionları 2026-cı ilin iyuluna qədər futbolçulara və məşqçilərə ümumilikdə 160 milyon avro ödəyəcəklər. Bu, klub üçün rekord göstəricidir.
1 il ərzində "Napoli"nin xərcləri 50 milyon avro artıb. Bu, həm tanınmış futbolçuların transferi ilə (Kevin de Bruyne – 5,5 milyon avro, Rasmus Hoylund – 5 milyon və s.), həm də mövcud oyunçularla müqavilələrin uzadılması ilə bağlıdır.
saytlarin hazirlanmasi