U-21 millimizin üzvü 1,6 il hərbi xidmətdə olub, futbol oynamayıb - MARAQLI FAKT

21:58 - 2 Sentyabr 2025

Azərbaycan futbolunda inkişafı əngəlləyən bir çox faktorlar mövcuddur. Onlardan biri də, gənc istedadların həqiqi hərbi xidmətə yollanaraq karyerasını vaxtsız başa vurmasıdır.

Çünki 1,6 il futboldan uzaq düşən gənclər sonradan öz oyunlarını tapmaqda çətinlik çəkirlər, əvvəlki formalarına qayıda bilməyib karyeralarını bitirmək məcburiyyətində qalırlar. Hərçənd, istisnalar da var. Məsələn, "Sabah"dakı Xəyal Əliyev. Həqiqi hərbi xidmətdən xeyli artıq çəkiylə qayıtsa da, əvəzedici heyətin məşqçilər korpusunun səyləri hesabına yenidən futbola başlaya bilib. 

Sportal.az bu mövzuda daha bir maraqlı məlumat əldə etdiyib. U-21 millimizin və "Şamaxı"nın futbolçusu Emil Süleymanov da 1,6 il hərbi xidmətdə olub. Əvvəlcədən xidmətini MOİK-də keçəcəyini planlaşdırsa da, başqa hərbi hissəyə göndərilib və bu müddətdə futboldan tam uzaq olub. Lakin qayıdandan sonra yenidən karyerasına davam eləyib. Belə hallar çox az-az rast gəlinsə də, istisnalar da olur. 

Qeyd edək ki, 21 yaşlı Emil Süleymanov müqavilə ilə "Qəbələ"yə məxsusdur. O, mövsümün sonuna qədər "Şamaxı"ya icarəyə verilib. 

Xəbər xətti