"Beşiktaş" legionerlərindən biri ilə yollarını ayıracaq.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Joao Marionu komandada saxlamaq fikrində deyil.
"Qara qartallar" hazırda icarə əsasında AEK-də (Afina) oynayan 32 yaşlı portuqalı komandadan göndərəcək.
Joao Marionun "Beşiktaş"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Belə ki, Mario Afinada qalmaq niyyətindədir.
Yunanlar onu azad agent kimi heyətinə qatmağa hazırdır.
Joao “Sportinq”, “Setubal”, “İnter”, “Vest Hem”, “Lokomotiv”, “Benfika” klublarında oynayıb.
