"Liverpul"un qapıçısı Alisson Beker karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Milan" braziliyalı qolkiperi transfer etmək istəyir. Bu barədə jurnalist Saşa Tavolieri məlumat yayıb.
İtaliya klubu Premyer Liqa nəhəngi ilə müqaviləsi yayda başa çatan Alissonu yanvar ayında transfer etməyi planlaşdırır. "Milan" 33 yaşlı futbolçu üçün artıq Mersisayd təmsilçisi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, "Liverpul" Alisson Bekeri 2018-ci ilin yayında "Roma"dan 72 milyon avroya transfer edib. İtaliya millisinin üzvü bu mövsüm "qırmızılar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 19 qol buraxıb. O, 4 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.
saytlarin hazirlanmasi
