"Qarabağ" hesabı açır - YENİLƏNİR

21:58 - 10 Dekabr 2025

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində altıncı oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu Niderlandın “Ayaks” kollektivini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.

Sloveniyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

10 dekabr

“Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland) 1:0 

Qol: Kamilo Duran,10
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 21:45
Baş hakim: Rade Obrenoviç
Baş hakimin köməkçiləri: Yure Praprotnik, Qreqa Kordej
Dördüncü hakim: Mateo Tozan
VAR: Matey Yuq
AVAR: Alen Boroşak
(Hakimlər briqadası Sloveniyadandır)

Xəbər xətti