"Qarabağ" Gənclər Liqasında "Ayaks"dan 8 qol buraxdı

15:52 - 10 Dekabr 2025

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində son matçını keçirib.

Sportal.az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv Bakıda "Ayaks"la üz-üzə gəlib.

Niderland təmsilçisi ilə oyun Suraxanıda yerləşən "Azərsun Arena"da baş tutub. Saat 14:00-da start götürən qarşılaşma qonaqların 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Qarabağ" bunadək yarışda keçirdiyi 5 duelin hamısında məğlub olub.

Xəbər xətti