"Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq" - "Ayaks"ın qapıçısı

16:42 - 9 Dekabr 2025

"Ayaks"ın qapıçısı Vitezslav Yaroş UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunun "Qarabağ"la oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, çexiyalı qolkiper yaxşı oyun sərgiləməyə çalışacaqlarını bildirib:

"Ayaks"da xoşbəxtəm. Komandamız yaxşıdır. Hər şey gözəldir. Son iki oyunda gördünüz ki, inkişaf etmişik. Şəxsən mən tərəfdən böyük inkişaf var. Sabah "Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" qarşılaşması sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Xəbər xətti