Xorvatiya millisinin forvardı Bruno Petkoviç Türkiyədən ayrılmağa hazırlaşır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xorvat forvard "Kocaelispor"da qalmaq istəmir.
Buna səbəb isə İzmit təmsilçisində maliyy problemlərinin olmasıdır.
Yayda “Qarabağ”ın transfer siyahısında da yer almış Petkoviç sonda seçimini “Kocaelispor”dan yana etmişdi.
31 yaşl forvardın Türkiyə klubu ilə müqavilə müddəti 2027-ci il iyuun 30-na qədərdir.
O, karyerası ərzində "Kataniya", "Vareze" "Recciana", "Virtus Entella", "Trapani", "Bolonya", "Verona", "Dinamo"(Zaqreb) klublarında oynayıb.
saytlarin hazirlanmasi
