Elçin Məsiyev Avropa Liqası matçını idarə edəcək

14:13 - 9 Dekabr 2025

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb. E.Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində keçiriləcək “Frayburq” (Almaniya) - “Zalsburq” (Avstriya) qarşılaşmasının baş hakimi olacaq.

Sportal.az xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. İngiltərəli Styuart Ettuell VAR, niderlandlı Pol van Boekel isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş dekabrın 12-də Frayburq şəhərində yerləşən “Volfsvinkel” stadionunda keçiriləcək.

Xəbər xətti