Vernidub "Neftçi"də bu qədər qazanacaq – iddia 

11:55 - 9 Dekabr 2025

Ukraynada Yuri Vernidubun "Neftçi"nin baş məşqçisi kimi qazanacağı maaş açıqlanıb.

Sportal.az xəbər verir ki, ukraynalı insayder İqor Burbasın sözlərinə görə, tezliklə müqavilə imzalayacağı gözlənilən təcrübəli məşqçi Bakı klubunda ayda 50.000 dollar (85.000 manat) qazanacaq. 

Vernidub altı aylıq sınaq müqaviləsi imzalamaq istəsə də, tərəflər sonda 1,5 illik müqavilə bağlamaq barədə razılığa gəliblər.

Xatırladaq ki, 59 yaşlı mütəxəssis karyerası ərzində “Zorya”, “Şaxtyor”(Soliqrosk), “Şerif”, “Krivbass” klublarını çalışdırıb.

Xəbər xətti