İtaliyanın "Piza" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyasına yüksələn kollektiv "Vilyarreal"dan ayrılan Raul Albiolu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya millisinin sabiq üzvü olan 39 yaşlı mərkəz müdafiəçisi "Piza" ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Raul Albiol ötən mövsüm "Vilyarreal"ın heyətində 16 rəsmi matçda meydana çıxdı.
saytlarin hazirlanmasi