"Mançester Siti"nin daha bir qolkiperi Türkiyə klubuna keçə bilər

22:09 - 2 Sentyabr 2025

Xəbər verdiyimiz kimi, "Fənərbaxça" 32 yaşlı braziliyalı qapıçı Edersonun transferi ilə bağlı "Mançester Siti" ilə razılığa gəldiyini açıqlayıb. Futbolçu Türkiyədə illik 11 milyon avro qazanacaq.

Sportal.az xəbər verir ki, Ştefan Orteqa ilə "Trabzonspor" maraqlanır. "Şəhərlilər"in qapıçısı bu variantı nəzərdən keçirir, amma hələ rəsmi təklif olmayıb.

Xatırladaq ki, yay transfer pəncərəsində Mançester təmsilçisi 2 qapıçı alıb – Ceyms Trafford ("Bernli") və Canluici Donnarumma (PSJ).

Xəbər xətti