Kilian Mbappe hesab edir ki, sıx oyun təqvimi futbolçular üçün problem ola bilər.
Sportal.az xəbər verir ki, Madrid "Real"ının və Fransa millisinin hücumçusu bunları qeyd edib:
"Biz mövqeyimizi izah edirik, amma cavabında belə deyirlər: “Siz böyük pullar qazanırsınız, ona görə də oynayın”. Bu templə biz illərlə danışacağıq, amma heç nə dəyişməyəcək.
Məsələ təkcə oyunlarda deyil, həm də bərpada. İyulun ortasında klublararası dünya çempionatında biz hələ 1/4 final oynayırdıq, halbuki digər komandalar artıq mövsümöncəsi oyunlarını keçirirdilər. Ola bilsin, dəli səslənirəm, amma düşündüm ki, yəqin ki, burada problem var.
Mən istəmirəm ki, elə bir məqam gəlsin ki, futbolçular desinlər ki: “Noyabrda bu oyun tamamilə mənasızdır, ona görə də buraxıram”. Biz futbolu sevirik və o, işimizə çevrilsə belə, həvəsimizi qoruyuruq".
saytlarin hazirlanmasi